AZ

Yayda işıq üzünə həsrət qalan Biləcəri sakinləri: "Problemi kökündən həll etsinlər"

Biləcəri qəsəbəsi, şəhid Əkrəm Şadmanov küçəsinin sakinləri son günlər ərazidə işığın olmamasından şikayətçidirlər. Onların sözlərinə görə, xüsusilə yay aylarında bu problem mütəmadi hal alır.

 

"Biz dözə bilmirik. Gəlib nələrsə edirlər, bir saatdan sonra işıqlar yenə sönür. İstəyirik ki, bu məsələni kökündən həll etsinlər", ‒ sakinlərdən biri söyləyib.

 

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən verilən açıqlamada bildirilir ki, sözügedən ərazidə bir neçə gün öncə 630 kilovat gücə malik transformator yerli istehsal olan avadanlıqlarla əvəz olunub. Bu, həmin ərazidə elektrik enerjisinin gücünün daha da artması və əhalinin keyfiyyətli enerji ilə təmin olunması məqsədi daşıyır:

 

"Mütəxəssislərimiz tərəfindən yenilənən transformatorda elektrik enerjisinin gücünün artırılması məqsədilə bir neçə dəfə işlər aparılıb ki, bu da gün ərzində elektrik verilməsində fasilələrə səbəb olub. Bir sözlə, sözügedən ərazidə işlər tam yekunlaşdıqdan sonra sakinlər 220 volt və daha artıq gücdə fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqlar".

 

Ətraflı Baku TV-nin süjetində:

 

Tarix: 2 Avqust 2025, 23:43   
Seçilən
41
1
pravda.az

2Mənbələr