AZ

“Milan” Darvin Nunesi transfer etmək istəyir

Yeni mövsüm ərəfəsində “Milan” heyətini gücləndirmək istiqamətində iş aparır.

90deqiqe.Az xəbər verir ki,  “rossoneri” hücum xəttini möhkəmləndirmək üçün əsas namizəd kimi “Liverpul”un hücumçusu Darvin Nunesi müəyyənləşdirib.

“Milan” tərəfi artıq 26 yaşlı hücumçu ilə əlaqə saxlayıb. Lakin danışıqlar asan keçmir. Çünki Səudiyyə Ərəbistanının zəngin klublarından “Əl-Hilal” da uruqvaylı futbolçuya maraq göstərir. Bununla belə, ərəb klubu hələ rəsmi təklif irəli sürməyib.

"Transfermarkt" portalının məlumatına əsasən, Darvin Nunesin transfer dəyəri 45 milyon avrodur.

Seçilən
26
90deqiqe.az

1Mənbələr