AZ

“Real” tibbi heyətində dəyişikliklərə başlayır

“Real” klubu ötən mövsüm yaşanan zədələr fonunda tibbi heyətində dəyişikliklər etməyə qərar verib.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, bu qərara heyət daxilindəki daxili münaqişələrin də təsir etdiyi bildirilir.

Yaxın həftələrdə klubda yeni kadr dəyişikliklərinin olacağı gözlənilir. Tibbi heyətin rəhbərliyinə 2021-ci ildən klubda çalışan Felip Sequra təyin olunub. Bundan əlavə, “Qranada” klubundan Manuel Arroyo da heyətə cəlb olunub.

Məlumata görə, Daniyel Rosado və Xayme Abaskalın əsas komandada qalmayacağı gözlənilir.

“Real Madrid” yeni mövsümə avqustun 19-da “Osasuna” ilə səfər oyununda start verəcək.

Seçilən
27
90deqiqe.az

1Mənbələr