AZ

Xərçəng hüceyrələrini “sındıra” bilən birləşmə hazırlanıb...

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

...Çin Elmlər Akademiyasının Fizika İnstitutunun çinli alimləri həm CDK9 zülalının normal formasını, həm də onun mutasiyaya uğramış, dərmana davamlı versiyasını effektiv şəkildə sıxışdıra bilən yeni birləşmə işləyib hazırlamaqla xərçənglə mübarizədə irəliləyiş əldə ediblər.

CDK9 gen tənzimlənməsində əsas rol oynayan və xərçəng hüceyrələrinin yaşaması üçün zəruri olan bir proteindir.

SİA-nın məlumatına görə, bu proteinin bloklanması xərçəng hüceyrələrinin çoxalmasını dayandırır.

Lakin problem ondadır ki, zaman keçdikcə bir çox xəstələrdə CDK9 genindəki mutasiyalar səbəbindən terapiyaya qarşı müqavimət yaranır.

Çin alimləri tərəfindən hazırlanmış yeni birləşmə bu müqaviməti aradan qaldıra və sağlam toxumalara mənfi təsir göstərmədən şiş hüceyrələrinin böyüməsini effektiv şəkildə yavaşlata bilər.

Laboratoriya şəraitində bu maddə müxtəlif şiş hüceyrə xətlərini məhv edib, siçanlar üzərində aparılan təcrübələrdə isə şişlərin böyüməsini yavaşlatıb.

Gələcəkdə alimlər yeni birləşmənin effektivliyini və təhlükəsizliyini təsdiqləmək üçün əlavə tədqiqatlar və klinik sınaqlar keçirməyi planlaşdırırlar.

Nazlı Almuradova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
sia.az

2Mənbələr