AZ

“Udineze” Yakub Pyotrovski ilə gücləndi

“Udineze” polyak mərkəz yarımmüdafiəçisi Yakub Pyotrovskini Razqrad “Ludoqorets”indən tamhüquqlu əsasda heyətinə qatıb.

Arena.az bu barədə “Udineze”nin mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid italyan klubuna 3 milyon avro məbləğ müqabilində başa gəlib.

Yakub Pyotrovski Bıdqoş “Xemik”inin məzunudur. Yarımmüdafiəçi, karyerası ərzində Svetse “Vda”sı, Şetsin “Poqon”u, Olştın “Stomil”i (icarə), “Genk”, “Beveren” (icarə), Düsseldorf “Fortuna”sı və Razqrad “Ludoqorets”ində oynayıb.

Pyotrovski yenicə başlamış 2025/2026-cı illər mövsümündə “Ludoqorets” üçün 4 oyun keçirib, 1 qol vurub.

Yakup Pyotrovski 2023-cü ilin oktyabr ayında debüt etdiyi Polşa yığması üçün 12 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Pyotrovski “Ludoqorets”lə Bolqarıstan çempionluğunu (3 dəfə), kubokunu (2 dəfə) və superkubokunu (3 dəfə), həmçinin “Genk”lə Belçika çempionluğunu və superkubokunu qazanıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı polyak yarımmüdafiəçinin transfer dəyərini 4,5 milyon avro məbləğ müqabilində qiymətləndirir.

Seçilən
5
arena.az

1Mənbələr