AZ

İran parlamenti energetika nazirini vəzifədən uzaqlaşdırmağa hazırlaşır

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran Parlamentinin Energetika Komissiyasının üzvü Rza Sepəhvənd energetika naziri Abbas Əliabadinin impiçmenti üçün 100-ə yaxın deputatın imza topladığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Entekhab” məlumat yayıb.

Sepəhvəndin sözlərinə görə, nazir parlamentə dəvət olunsa, onun impiçmentinə də səs veriləcəyi gözlənilir.

Deputat bildirib ki, ölkədə enerji çatışmazlığı əsasən son onilliklərdə kənd təsərrüfatı və ev təsərrüfatlarında istehlakın artmasına uyğun investisiya layihələrinin həyata keçirilməməsi ilə bağlıdır:

“Təəssüf ki, biz altı inkişaf planı dövrü ərzində zəruri enerji layihələrini gerçəkləşdirməmişik,” – deyə Sepəhvənd vurğulayıb.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
127
globalinfo.az

1Mənbələr