Türkiyə çempionu "Qalatasaray" "Latsio" ilə yoxlama matçında qüvvəsini sınayıb.
İdman.biz xəbər verir ki, oyundan əvvəl komandanın yeni transferləri Viktor Osimhen və Leroy Sanenin təqdimatı keçirilib.
"Rams Park"da keçirilən qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Qalatasaray"ın hər iki qolunun müəllifi Lukas Torreyra olub.
Yoxlama matçı
"Qalatasaray" - "Latsio" 2:2
Qollar: Lukas Torreyra,10, 74 - Davinson Sançez, 33 (avtoqol), Mattia .Zakkani, 45+1
İdman.biz