AZ

Futbolçular arasında dava düşdü, mühafizəçisi çempionat oyunlarından uzaqlaşdırıldı - FOTO

“İnter Mayami”nin ulduzu Lionel Messinin cangüdəni Yassin Çeuko Liqa Kuboku və MLS matçlarından kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, bu haqda “TyC Sports” məlumat yayıb.

Belə ki, amerikalıların 2:1 hesablı qələbəsi ilə başa çatan “İnter Mayami” və “Atlas” matçının sonunda futbolçular arasında dava düşüb.

Mübahisə zamanı Çeuko araya girərək Meksika klubunun iki futbolçusunu itələyib. Bununla daonun turnirin sonuna qədər arenada olmasına qadağa qoyulub.

“İnter Mayami” də oyundan sonra cangüdəninin davranışına görə cərimələnib.

Seçilən
51
sportinfo.az

1Mənbələr