Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) mövzusuna xüsusi marağını etiraf edib.
Oxu.Az xəbər verir ki, vitse-prezident bu barədə "Ruthless Podcast" verilişində qonaq olarkən danışıb.
Onun sözlərinə görə, Ağ Evdə fəaliyyətinin ilk altı ayı ərzində iş qrafikinin sıxlığı səbəbindən bu sahəni araşdırmağa imkan tapmayıb. Lakin avqustda UNO fenomenini daha dərindən öyrənməyi planlaşdırır.
"Mən UNO ilə bağlı bütün mövzularla dərindən maraqlanıram... Avqustda parlament tətili zamanı keçən ildən bəri diqqətimi çəkən bu UNO məsələsinə daha çox vaxt ayırmağı düşünürəm", - deyə Cey Di Vens bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.