AZ

Alim: Yerə doğru uçan ulduzlararası obyekt 3I/ATLAS yadplanetlilərin gəmisi ola bilər

BAKI. 3 avqust. TELEQRAF

Yerə doğru yaxınlaşan ulduzlararası komet 3I/ATLAS yadplanetlilərin gəmisi ola bilər.

Teleqraf xəbər verir ki, bu ehtimalla Harvard Universitetinin astrofiziki Avi Leb çıxış edib.

Alim bu ehtimalını obyektin son dərəcə nadir trayektoriya cızması ilə əsaslandırıb. O, həmçinin bildirib ki, 3I/ATLASYerə 21 noyabr-5 dekabr 2025-ci il tarixləri arasında çatacaq.

Alimin sözlərinə görə, əgər obyekt yadplanetlilərin gəmisidirsə, o, zond və ya hətta silahla təchiz edilmiş ola bilər.

"O, bizi xilas etmək və ya məhv etmək üçün gələ bilər. Hər iki varianta hazır olmalıyıq", - Avi Leb söyləyib.

Qeyd edək ki, 3I/ATLAS kometini NASA 1 iyul 2025-ci ildə kəşf edib. Astronomların hesablamalarına görə, oktyabrın sonunda o, Günəşə maksimum yaxınlaşacaq və ondan 1,4 astronomik vahid məsafədə olacaq, bundan sonra ehtimal ki, Günəş sistemini tərk edəcək.

Seçilən
19
teleqraf.com

1Mənbələr