Rusiya hakimiyyəti 2030-cu ilə qədər NATO ilə mümkün müharibəyə hazırlaşmaq məqsədilə hərbi yenidənsilahlanmaya təxminən 1,1 trilyon dollar xərcləməyi planlaşdırır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov məlumat verib.
Onun sözlərinə görə, bu proqramın ümumi dəyəri təxminən 1,1 trilyon dollar təşkil edir: "Əsas məqsəd Rusiyanı 2030-cu ilə qədər NATO ilə müharibəyə tam hazır vəziyyətə gətirməkdir. Bütün bu tədbirlər və büdcələr məhz bu məqsədə yönəlib".