AZ

Rusiyada yeniyetmə fişənglə oynayarkən 180 ton samanı məhv etdi

BAKI. 3 avqust. TELEQRAF

Rusiyanın Boqorodsk kəndində bir yeniyetmə fişənglərlə oynayarkən yanğına səbəb olub.

Teleqraf xəbər verir ki, 750 kvadratmetrlik ərazini əhatə edən yanğının söndürülməsinə 14 yanğınsöndürən və 5 texnika cəlb edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində özgəyə məxsus anbar və 180 ton saman yanıb.

Faktla bağlı cinayət işi açılıb.

Seçilən
27
teleqraf.com

1Mənbələr