AZ

Badımcanın bu zərərlərindən xəbəriniz varmı?

Badımcan çoxlarının sevdiyi və yay mövsümündə süfrələrdən əskik olmayan tərəvəzlərdən biridir. Lakin bu tərəvəzin zərərli təsirləri barədə məlumatlı olmaq vacibdir.Metbuat.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, badımcan tərkibində "solanin" adlı zəhərli maddə saxlayır. Bu maddə xüsusilə çiy və ya tam bişməmiş badımcanda daha çox olur və sinir sisteminə mənfi təsir göstərə bilər. Solanin qəbul edən şəxslərdə ürəkbulanma, başgicəllənmə və hətta yüngül zəhərlənmə əlamətləri müşahidə oluna bilər. Bundan əlavə, badımcanın tərkibindəki bəzi maddələr böyrək daşlarının yaranmasına səbəb ola bilər. Xüsusilə böyrək xəstəlikləri olanlar və ya bu riski daşıyan şəxslər bu tərəvəzdən uzaq durmalıdır. Həmçinin, qızardılmış badımcanın çox yağ çəkməsi onun kalorili olmasına və artıq çəkiyə gətirib çıxara bilər.Qida mütəxəssisləri xəbərdarlıq edirlər ki, badımcan allergik reaksiyalara da səbəb ola bilər. Qaşınma, səpgilər və ağız-boğazda yanma kimi əlamətlərlə qarşılaşan şəxslər mütləq həkimə müraciət etməlidirlər.Eyni zamanda, qan təzyiqi aşağı olan insanlara da badımcanla ehtiyatlı davranmaları tövsiyə olunur. Bu tərəvəz təzyiqi daha da sala bilər.

Həkimlər badımcanın tam bişirilib az miqdarda, xüsusilə sobada və ya buğda hazırlanmasının daha sağlam üsul olduğunu bildirirlər.

Seçilən
9
metbuat.az

1Mənbələr