AZ

İsrailin hücumları nəticəsində Qəzzada daha 37 fələstinli öldü

İsrail ordusunun ötən gün səhər saatlarında Qəzza zolağına silahlı hücumu nəticəsində 37 fələstinlini ölüb, 50-dən çox yaralanan var.

Teleqraf xəbər verir ki, humanitar fəlakətin yaşandığı Qəzzada ərzaq yardımı gözləyən ailələr İsrail hərçilərinin silahlı hücumuna məruz qalırlar.

"TRThaber" xəbər verir ki, İsrail ordusu Qəzzanın mərkəzindəki Zavayida qəsəbəsindəki evlərdən birini hədəf alıb. Nəticədə 5 nəfərdən ibarət bütöv bir ailə həlak olub.

İsrail ordusu Qəzzanın müxtəlif yerlərində yaşayış binalarını partlatmağa davam edir.

Seçilən
26
teleqraf.com

1Mənbələr