AZ

Xoşbulaq yaylağında yollar təmir edilir

Ölkəmizdə ekoloji cəhətdən təmiz olan çoxlu sayda yaylaqlar var ki, insanlar hər il yay mövsümündə həmin yerlərə üz tutur, həm təbiətin qoynunda dincəlir, həm də sağlamlıqlarını bərpa edirlər. 

Belə yaylaqlardan biri də Daşkəsənin Xoşbulaq kəndidir. Hər il yaxın və uzaq bölgələrdən gələn minlərlə insan burada dincəlməyə üstünlük verir. Ərazidə aparılan abadlıq-quruculuq işləri isə onlarda əlavə xoş ovqat yaradır. Bu günlər kəndin daxili yollarında cari təmir işləri aparılmışdır. Kənddə infrastrukturun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində sel sularının yararsız hala saldığı küçələr hamarlanmış, ərazinin əsas və ara yollarında yaranmış çatlar və çalalar  aradan qaldırılmış, yollara qum-çınqıl qarışığı tökülmüşdür. Texnika ilə hamarlama və sıxlaşdırma işləri yerinə yetirilməklə çətin keçilən yollar işlək vəziyyətə gətirilmişdir. Bununla yanaşı, su axarlarının normal fəaliyyətini təmin etmək üçün yolların kənarındakı arxlar təmizlənmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan"

Seçilən
8
azerbaijan-news.az

1Mənbələr