AZ

Kallum Uilson “Vest Hem”də

Futbol üzrə İngiltərə milli komandasının keçmiş hücumçusu Kallum Uilson bundan sonra “Vest Hem”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bu yay “Nyukasl”dan azad agent kimi ayrılmış təcrübəli hücumçu “Vest Hem”lə 1 illik müqaviləyə imza atıb.

Kallum Uilson son beş ili “Nyukasl”da keçirib. O, 2020-ci ilin sentyabr ayında “Bornmut”dan 22,25 milyon avro qarşılığında “Nyukasl”a keçmişdi. İngilis forvard bu komandanın heyətində bütövlükdə 130 oyuna çıxıb, 49 qol və 11 məhsuldar ötürmə müəllifi olub. Geridə qalmış mövsümdə 33 yaşlı forvard meydana çıxdığı 18 oyunda heç bir məhsuldarlıq nümayiş etdirməyib.

İngilis hücumçu “Bornmut”, “Koventri Siti”, “Ketterinq Tuan” və “Tamuort” klublarının da formasını geyinib.

Uilson İngiltərə milli komandasında da 9 oyuna çıxıb, 2 qola imza atıb.

“Transfermarkt” internet-portalı 33 yaşlı hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
115
arena.az

1Mənbələr