Konfrans Liqasının III təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq "Omoniya"nın heyətində dəyişiklik baş verib.
Sportinfo.az xəbər verir ki, sol cinah yarımmüdafiəçisi Tasos Haciyovannis Nikosiya təmsilçisinin sifariş ərizəsinə qaytarılıb.
Əvəzində 18 yaşlı Körtis Junior Makosso siyahıdan çıxarılıb.
Haciyovannis Konfrans Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Torpedo Kutaisi" komandasına qarşı oyunların (1:0, 4:0) iştirak ərizəsindən zədəsi ilə əlaqədar kənarlaşdırılmış, onun yerinə Mikael İnqrebriksen siyahıya daxil edilmişdi.
"Araz-Naxçıvan" "Omoniya" ilə ilk matçını avqustun 7-də evdə, cavab görüşünü avqustun 14-də səfərdə keçirəcək.