AZ

Yer daha sürətlə fırlanır: Bir gün 22 saat olacaqmı?

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Yer kürəsinin fırlanma sürəti artmaqdadır və bu dəyişiklik artıq elm adamlarının ciddi şəkildə izlədiyi bir hadisəyə çevrilib. 

Qaynarinfo xəbər verir ki, 2025-ci ilin iyul ayında Yer, tarixdə qeydə alınmış ən qısa günlərdən bir neçəsini yaşayıb. 9, 10 və 22 iyul tarixlərində gün uzunluğu standart 86 400 saniyədən 1,3 millisaniyə daha qısa olub. Alimlər bu hadisənin 5 avqustda yenidən təkrarlanacağını gözləyirlər.

Bu cür millisaniyəlik dəyişikliklər əhəmiyyətsiz görünə bilər. Lakin bu fərqlər peyk rabitəsi, qlobal saat sistemləri və kompüter sistemləri üzərində böyük təsir göstərə bilər.

Astronom professor David Jevitt bu dəyişimin səbəbi kimi Yerin kütlə paylanmasındakı dəyişiklikləri göstərir:

* Buzlaqların əriməsi

* Tektonik hərəkətlər

* Atmosferdə baş verən dəyişikliklər

Bu dəyişikliklər planetin mərkəzinə yaxınlaşan kütlə ilə nəticələnir və buz pateni edən bir şəxsin qollarını içəri çəkərək daha sürətli fırlanmasına bənzəyir.

Əgər Yer cəmi 1 km/saat daha sürətli fırlansa, bu, ekvator zonasında dəniz səviyyəsinin bir neçə santimetr yüksəlməsinə səbəb ola bilər. Daha ciddi bir ssenaridə, əgər Yer 100 km/saat daha sürətli dönərsə, qütb suları ekvatora yönələr və bəzi sahil şəhərləri tamamilə su altında qala bilər.

Elm adamlarına görə, Yer kürəsinin bu templə fırlanması davam edərsə, gün uzunluğu gələcəkdə 24 saatdan 22 saata qədər düşə bilər. Bu, insanların bioloji saatına ciddi təsir edəcək. Araşdırmalar göstərir ki, bu cür dəyişikliklər infarkt, insult və avtoqəza riskini artırır.

NASA-dan Dr. Sten Odenvald isə Yerin sürətlənməsinin qasırğaları gücləndirə biləcəyini bildirir.

1972-ci ildən bəri Yer fırlanmasındakı yavaşlamaları kompensasiya etmək üçün UTC sisteminə 27 dəfə "artı saniyə” əlavə edilib. Ancaq son illərdəki sürət artımı səbəbilə bu əlavə etmələr dayandırılıb. Alimlər ilk dəfə "mənfi artı saniyə” tətbiqinə ehtiyac yaranacağını bildirirlər. Yəni saatlar geriyə alınacaq. Bu ssenarinin 2035-ci ilə qədər reallaşma ehtimalı 40% olaraq hesablanır.

Jevittin sözlərinə görə, hətta ağacların tökdüyü yarpaqlar belə Yer kürəsinin dönüş sürətinə mikroskopik səviyyədə təsir edə bilir. Yarpaqların yerə düşməsi ilə planetin kütləsi mərkəzə yaxınlaşır və dönmə sürəti cüzi şəkildə artır.

Nəticə: Yer kürəsinin fırlanmasındakı bu milisaniyəlik fərqlər görünməz olsa da, zamanla iqtisadiyyatdan iqlim dəyişikliyinə, texnologiyadan insan sağlamlığına qədər bir çox sahəyə təsir göstərə bilər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
qaynarinfo.az

1Mənbələr