AZ

SON DƏQİQƏ! Ukrayna Voroneji VURDU

Rusiyanın Voronej vilayətinin yaxınlığında yaşayış binası Ukrayna dronlarının hücumu nəticəsində yanıb.



Referans xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb olunub.



Hadisə yerli sakinlərin verdiyi məlumata görə, Yeni Usman kəndində iki mərtəbəli yaşayış binasının damı və yaxınlıqdakı tikililər yanıb. Dronun qalıqları təxminən 100 metrlik ərazidə səpələnib. Hələ ki, xəsarət alanlar barədə məlumat yoxdur.



Hadisə yerinə təcili yardım və xilasedici xidmətlər göndərilib.



Şahidlər bildiriblər ki, gecə saat 00:20 radələrində Voronej və ətraf ərazilərdə 15-20 partlayış səsi eşidilib. Hava həyəcan siqnalları işə düşüb.



Voronej vilayətinin qubernatoru Aleksandr Qusev PUA hücumu təhlükəsi ilə əlaqədar vətəndaşlara təhlükəsizlik tədbirlərinə riayət olunmasını tövsiyə edib.

Seçilən
22
1
referans.az

2Mənbələr