ain.az bildirir, Fanat portalına istinadən.
"Qarabağ"dan ayrılan cinah müdafiəçisi Marko Veşoviç "Turan Tovuz"a keçə bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, monteneqrolu futbolçu bölgə komandasında oynamağın əleyhinə deyil.
Onun qərb təmsilçisində oynayıb-oynamayacağı hazırda davam etdirilən danışıqların nəticəsindən asılıdır. Belə ki, Tovuz klubu Veşoviçə illik 200 min dollar ödəməyə hazırdır. Balkan təmsilçilərindən 150-180 minlik təklifləri olan təcrübəli futbolçu isə "boz qurdlar"dan 220-250 min dollar aralığında pul istəyir.
Rafael
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.