Braziliyanın qadın futbolçulardan ibarət millisi Amerika Kubokunda rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda 9-cu dəfə bu turnirdə çempion olub ki, bu da indiyədək heç bir yığmanın reallaşdıra bilmədiyi uğurdur.
Final olduqca gərgin və maraqlı alınıb. Braziliya həlledici matçda Kolumbiya seçməsi ilə qarşılaşıb. Matçın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda isə komandalar hərəyə 1 dəfə fərqləniblər. Görüşün taleyini oyunsonrası penaltilər müəyyənləşdirib. "Sambaçılar" zərbələri daha dəqiq yerinə yetiriblər - 5:4.