AZ

Xırdalanda ağaclar qırıldı: Yerinə restoran tikiləcək – İDDİA

Xırdalandakı parklardan birindəki ağacların bilərəkdən qırıldığı və yerinə restoran tikiləcəyi iddia olunur.

Bununla bağlı Bakues.az-a Xırdalan sakini məlumat verib.

O, bildirib ki, təxminən 4-5 il öncə Xırdalanda vəziyyət çox yaxşı idi və insanlar parklarda istirahət edə bilirdi. Lakin indi vəziyyət tamamilə fərqlidir.

“Bu gün Xırdalandakı parklarda hər tərəfdə ancaq restoranlar və kafelər var. Sakinlərin parklarda ailəvi istirahəti mümkünsüz hala gəlib. İndi də parkdakı ağacları bilərəkdən qırıblar. Yerinə restoranın tikilməsi planlaşdırılır”, – deyə sakin qeyd edib.

Mövzuya aid videogörüntünü təqdim edirik:

xird

Seçilən
7
icma.az

1Mənbələr