AZ

Messi “İnter Mayami”nin matçında zədələnib

Amerikanın "İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi Liqa Kubokunun Meksikanın "Nekaks" ilə ev oyununda zədələnib.

"Report"un məlumatına görə, argentinalı ayağından zədə alıb və matçın 11-ci dəqiqəsində əvəzlənib.

Matçdan sonra "İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano Messinin bud nahiyəsində diskomfort hiss etdiyini bildirib. Zədənin dəqiq xarakteri daha sonra məlum olacaq.

Messinin 38 yaşı var, 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Ötən mövsüm futbolçu MLS-in müntəzəm çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Messi karyerası ərzində İspaniyanın “Barselona” və Fransanın “Pari Sen-Jermen” klublarında çıxış edib. Argentinalı səkkiz “Qızıl top”un qalibidir. Argentina millisi ilə Messi Dünya Kubokunu (2022) və Amerika Kubokunu (2021, 2024) qazanıb.

Seçilən
22
8
report.az

10Mənbələr