Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya ilə 100 illik əməkdaşlıq sazişinin ratifikasiyası haqqında qanun layihəsini Ali Radaya təqdim edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qanun layihəsi Radanın saytında dərc edilib.
Sənəd ölkədə Böyük Britaniyaya məxsus hərbi bazaların yerləşdirilməsini nəzərdə tutur və Birləşmiş krallığa faydalı qazıntıları çıxarmağa imkan verir.
Müqavilə yanvar ayında imzalanıb, lakin hələ də qüvvəyə minməyib.
Saziş həmçinin Britaniya hərbi təlimatçılarının Ukraynada olmasını, Londonun Qara və Baltik dənizlərində iştirakının artırılmasını, eləcə də Britaniya gəmilərinə Azov dənizində naviqasiya üçün xüsusi hüquqlar verilməsini nəzərdə tutur.