AZ

Ahıllıqla axmaqlığı səhv salan Mixalkovun sərsəm iddialarına Baku TV-dən cavab

Avqustun 1-də “Besoqon TV” kanalında Nikita Mixalkovun müəllif layihəsinin növbəti bölümü yayımlanıb. Təəssüf ki, son illərin ən yaxşı sovet və Rusiya rejissorlarından biri, Azərbaycan yazıçısı və ssenaristi mərhum Rüstəm İbrahimbəyovla tandemdə birdən çox filmlər üzərində işləmiş Mixalkov ölkəmiz əleyhinə siyasi təbliğata qoşulub.

Editor.az  xəbər verir ki, bu barədə “Baku TV RU”nun süjetində deyilir.

“Bəziləri üçün iyrənc, bəziləri üçün sui-qəsd nağılları ilə dolu bu layihə ciddi şəkildə yuxarıdan verilən əmrlərə uyğun olaraq hazırlanır. Verilişlər heç vaxt ölkə rəhbərliyinin mövqeyi ilə ciddi şəkildə ziddiyyət təşkil etmir. 1 avqust sayı isə “nankor” keçmiş sovet respublikalarına, xüsusən də Azərbaycana həsr olunub.

Mixalkovun “bütün xalqlar üçün mütləq nemət” olan sovet keçmişini tərənnüm edən nitqi onun sovet dövrünü pisləyən alovlu çıxışlarına qulaq asmayanlara inandırıcı gələ bilər. İndi avtokratiyanı hərarətlə müdafiə edən, vaxtilə demokratik dəyərlərdən danışan, Yeltsin və ətrafına təriflər yağdıran həmin o Mixalkov deyilmi? Axı o, 1999-cu ildə Boris Berezovskinin seçki kampaniyasında iştirak edib”, – deyə süjetdə qeyd olunur.

Daha ətraflı videomaterialda:

Seçilən
3
2
editor.az

3Mənbələr