Lionel Messi zədələnib.
Publika.az xəbər verir ki, 38 yaşlı hücumçu Liqa Kubokunun II turunda “Nekaksa” ilə oyunda sıradan çıxıb.
Matçın əvvəlində diz nahiyyəsində ağrı hiss edən təcrübəli oyunçu 11-ci dəqiqədə əvəzlənib. Komandanın baş məşqçisi Xavyer Maskerano ulduz futbolçunun durumuna bu gün aydınlıq gələcəyini bildirib. Onun sözlərinə görə, Messinin ağrıları az olduğundan zədəsinin ciddi olmadığı ehtimal edilir.