"İnter Mayami"nin argentinalı superulduzu Lionel Messi Liqa Kubokunun 2-ci turunda, Meksika "Nekaks"ı ev oyununda zədələnib.
Fanat.Az xəbər verir ki, ayağından xəsarət alan təcrübəli hücumçu matçın 11-ci dəqiqəsində əvəzlənib.
İki oyunçusu meydandan qovulan Mayami komandası isə qələbə qazanmağı (2:2, penaltilər 5:4) bacarıb.
Qarşılaşmanın ardından "İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano Messinin kəskin ağrı deyil, bud nahiyəsində narahatlıq hiss etdiyi üçün oyundan alındığını və zədənin ciddi olmadığını düşündüyünü bildirib.
Xatırladaq ki, 38 yaşlı Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti bu ilin sonunadək nəzərdə tutulub. Cari mövsüm MLS liqasında 18 matça çıxan "10 nömrə" 18 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat