Avropanın yaşıl meydanlarında yeni mövsümə hazırlıq çərçivəsində yoldaşlıq görüşləri keçirilir.
"Cebheinfo.az" xəbər verir ki, belə görüşlərdən birində Türkiyənin "Qalatasaray" klubu ilə İtaliya "Latsio"su üz-üzə gəliblər.
İstanbulda baş tutan matç sülhlə bitib. Tərəflərdən hər biri rəqib qapısını 2 dəfə silkələməyi bacarıblar - 2:2.
Meydan sahiblərindən Torreyra (10, 75) dubla imza atıb. Qonaqlar üçün qolları isə Sançes (33, avtoqol) və Dzakkanyi (45+2) vurublar.
02 avqust, 14:56
Türkiyənin futbol nəhənglərindən olan "Qalatasaray" bu gün yoxlama görüşündə İtaliyanın "Latsio" klubu ilə üz-üzə gələcək.
"Qalatasaray" klubunun ev oyunlarını keçirdiyi "Ali Sami Yen İdman Kompleksi"ndə baş tutacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, oyun Türkiyənin "TV100" kanalında canlı yayımlanacaq.
"Cebheinfo.az"