“Bornmut”un və Ukrayna millisinin müdafiəçisi İlya Zabarnı PSJ-yə keçir. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat verib.
Onun sözlərinə görə, 22 yaşlı futbolçunun transferi 68 milyon avroya başa gələcək. Paris klubu yaxın vaxtlarda yeni transferini rəsmən açıqlayacaq.
Zabarnı ötən mövsüm bütün turnirlərdə 39 oyunda meydana çıxıb. Onun “Bornmut”la müqaviləsi 2028-ci ilin yayına qədər idi.