AZ

Avropa niyə qorxur? Rusiya bizdən zəifdir - Orban

Avropa Birliyi öz siyasətini Rusiyadan gələn təhlükə ilə bağlı fərziyyələr əsasında formalaşdırmamalıdır, çünki belə bir təhlükə sadəcə olaraq yoxdur.

Turkustan.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

"Rusların gəlib bizi işğal edəcəyi ehtimalı real deyil və biz siyasi addımlarımızı buna əsaslandırmamalıyıq. Çünki qeyri-real fərziyyələr yalnız yanlış, natamam qərarlara gətirib çıxara bilər", - Orban vurğulayıb.

O, hesab edir ki, Rusiya hazırda Avropanı təhdid edəcək heç bir vəziyyətdə və ya mövqedə deyil.

Onun fikrincə, Avropa həm əhali, həm də hərbi güc baxımından Rusiyanı üstələyir, həm də NATO müttəfiqi kimi ABŞ-ın dəstəyindən yararlanır:

“Hərbi büdcəyə baxsanız, AB ölkələrinin birləşmiş büdcəsi Rusiyanınkından bir neçə dəfə çoxdur”.

Seçilən
16
4
turkustan.az

5Mənbələr