AZ

İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə


İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir sıra təmir və bərpa işləri ilə bağlı hazırlıqlara başlayıb.

İdarə bu istiqamətdə Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti olan "Atelier Erich Pummer GmbH” ​şirkəti ilə iki yeni müqavilə bağlayıb.
 
Müqavilələrdə Qala divarlarının və Buxara karvansarasının təmiri və bərpası işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bağlanılmış müqaviləyə əsasən, təmir və bərpa işləri 4 milyon 147 min manata başa gələcək.
Qeyd edək ki, "Atelier Erich Pummer GmbH” ​ şirkəti 2010-cu ildən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq edir.//İqtisadiyyat.az 

Seçilən
18
2
nuh.az

3Mənbələr