AZ

İki Dövlətli Həll Konfransının yekun sənədinə beynəlxalq dəstək verilməlidir - İslam Dünyası Liqası

BAKI, TurkicWorld

İslam Dünyası Liqası dünya ölkələrini Fələstin xalqını xilas etməyə, beynəlxalq hüquq və ədalətin yanında dayanmağa və Səudiyyə Ərəbistanı ilə Fransanın birgə rəhbərliyi ilə keçirilmiş “İki Dövlətli Həll” üzrə yüksək səviyyəli beynəlxalq konfransın yekun sənədinə dəstək verməyə çağırıb.

TurkicWorld xəbər verir ki, liqanın Baş Katibliyindən yayımlanan açıqlamada təşkilatın baş katibi və Müsəlman Alimlər Şurasının rəhbəri Dr. Məhəmməd əl-İsa bildirib ki, xüsusilə də Fələstin ərazilərindəki faciəvi reallıqlar və ifrat sağçı İsrail hökumətinin davamlı hüquq pozuntuları fonunda bu sənədin dəstəklənməsi təcili və zəruridir.

O vurğulayıb ki, BMT tərəfindən də ardıcıl olaraq təsdiqlənmiş hesabatlarda bu təhdidin təkcə bölgə üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhlükə olduğu göstərilir.

Əl-İsa qeyd edib ki, İslam Dünyası Liqası bu prosesi dəstəkləmək və konfransın yekun sənədinə beynəlxalq dəstək qazanmaq məqsədilə dini, intellektual və ictimai qurumlarla, xüsusilə də dünya dini liderləri ilə əməkdaşlığı davam etdirəcək.

O əlavə edib ki, konfransın yekun sənədi bu dəhşətli müharibənin dayandırılması, iki dövlətli həllin tətbiqi və bölgədə ədalətli, hərtərəfli və davamlı sülhün təmin olunması üçün tarixi bir fürsət təqdim edir.

Seçilən
19
turkic.world

1Mənbələr