AZ

Rusiyaya görə sərhəddə hazırlıq başladı Sentyabrda...

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Estoniya Rusiya ilə sərhəd-keçid məntəqəsini gücləndirir.

Globalinfo.az xəbər verir ki, ölkənin Narva şəhərində sərhəd-keçid məntəqəsinin təhlükəsizlik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə tikinti işləri aparılır.

“Həftənin ortasında Estoniya və Rusiyanı birləşdirən körpünün Estoniya hissəsində kütləvi metal qapılar quraşdırılıb. Bundan əlavə, zəruri hallarda avtomobillərin girişini əngəlləyə biləcək açılan metal maneələrin salınması istiqamətində hazırlıqlar gedir. İşlərin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır.

Bundan əlavə, nəqliyyat vasitələrinin Pitri meydanından, Tuleviku küçəsindən və sərhəd-keçid məntəqəsinin Rusiya hissəsində bütün girişlərində maneələr quraşdırılır. Bu da nəqliyyat vasitələrinin keçidini məhdudlaşdırır”, –  deyə məntəqənin rəhbəri Antti Eensalu deyib.

Bildirilib ki, hələlik körpüdə quraşdırılan darvazalar yalnız sərhəd keçidinin avtomobil zolağına mane olur:

“Piyada hissəsi nəqliyyatın hərəkəti üçün açıq olsa da, keçidlərin də quraşdırılması nəzərdə tutulub”.

Qeyd edək ki, iyun ayında Estoniyanın cənub-şərq sərhədində müdafiə xəttinin qurulmağa başlandığı bildirilmişdi.

Bundan əvvəl Finlandiya Rusiya ilə sərhəddə ilk 35 km hasar çəkib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
87
globalinfo.az

1Mənbələr