Amerikalı reper və prodüser Cermeyn Dupri əfsanəvi basketbolçu Şakil O’Nilin Atlantadakı “Magic City” striptiz klubunda olarkən 120 milyon dollarlıq müqaviləni necə imzaladığı haqda danışıb.
Publika.az xəbər verir ki, Dupri bu barədə “Brooklyn” podkastında bildirib.
“Magic City”də olarkən Şaqanın agentindən zəng gəldi. O, sövdələşmənin tamamlandığını söylədi. Şaq isə “Hazırda “Magic City”dəyəm” dedi. Təsəvvür edin ki, siz rəqs edərkən belə pul qazanırsınız – hamı dərhal bayram etməyə başladı, işıqlar yandı, hamı rəqs etdi, hamı əyləndi”, – deyə Dupri bildirib.