AZ

Rusiyaya bibər aparanların yükündən 103 kq narkotik çıxdı – Fotolar


Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Bildirilib ki, “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “bibər” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.
“Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən 154 ədəd dördbucaqlı formalı bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 103 kq 395 q narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.
 

Seçilən
5
45
yeniavaz.com

10Mənbələr