AZ

“Qisas” əməliyyatından 3 il ötür

3 il əvvəl Azərbaycan əsgərinin erməni təxribatından şəhid olmasından sonra ordumuz cavab tədbiri görmüşdü...

Poliqon xəbər verir ki, 2022-ci il avqustun 3-də qeyri-qanuni erməni silahlı dəstələri atəşkəs rejimini pozaraq Azərbaycan Ordusuna qarşı terror-diversiya hücumu həyata keçirib. Hücum nəticəsində hərbi qulluqçumuz Kəzımov Anar Rüstəm oğlu şəhid olub.

Hadisəyə cavab olaraq Azərbaycan Ordusu “Qisas” adlı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı Qarabağ silsiləsində yerləşən Qırxqız, Sərribaba və digər strateji yüksəkliklər nəzarətə götürülüb. Eyni zamanda düşmənin döyüş mövqeləri məhv edilib, Yuxarı Orataq ərazisindəki hərbi hissəyə zərbə endirilib. Nəticədə erməni tərəfinin canlı qüvvəsi, D-30 haubitsaları, texnikası və çoxlu sayda sursatı məhv edilib.

“Qisas” əməliyyatı Azərbaycan Ordusunun şəhidin qanını yerdə qoymamaq və bölgədə sabitliyi təmin etmək əzmini bir daha göstərdi.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr