AZ

Ukraynalı müdafiəçinin PSJ-yə transferi yekunlaşmaq üzrədir

"Bornmut"un və Ukrayna millisinin müdafiəçisi İlya Zabarnının PSJ-yə transferi yekunlaşmaq üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, 22 yaşlı futbolçunun transferi Fransa nəhənginə 68 milyon avroya başa gələcək. Mənbə keçidin yaxın günlərdə rəsmən açıqlanacağını vurğulayıb.

Arxa xətt oyunçusunun özü də insayderin sosial şəbəkədə yaydığı məlumatı bəyənib.

Qeyd edək ki, Kiyev "Dinamo"sunun yetirməsi olan Zabarnı ötən mövsüm bütün turnirlərdə 39 matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı İlyanın transfer qiymətini 42 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
3
1
fanat.az

2Mənbələr