AZ

Harvard astrofiziki: Yerə yaxınlaşan 3I/ATLAS yadplanetli gəmi ola bilər...

Elm adamı obyektin trayektoriyasını "qeyri-adi dərəcədə nadir" adlandırıb...

Poliqon xəbər verir ki, Harvard Universitetinin astrofiziki Avi Løb Yerə doğru hərəkət edən 3I/ATLAS kometasının əslində yadplanetlilərə məxsus gəmi ola biləcəyini ehtimal edib. Onun bu fərziyyəsi kometanın izlədiyi "qeyri-adi dərəcədə nadir trayektoriya" ilə əsaslandırılıb.

Alimin sözlərinə görə, 3I/ATLAS 2025-ci il noyabrın 21-dən dekabrın 5-dək Yerə yaxınlaşacaq. Løb ehtimal edir ki, əgər bu obyekt həqiqətən yadplanetli gəmidirsə, o, içində kəşfiyyat zondu və ya hətta silah da daşıya bilər: “O, bizi xilas etməyə də gələ bilər, məhv etməyə də. Hər iki ssenariyə hazır olmalıyıq”, — deyə alim bildirib.

Qeyd edək ki, 3I/ATLAS kometası NASA tərəfindən 2025-ci il iyulun 1-də kəşf edilib. Astronomların hesablamalarına görə, obyekt oktyabr ayının sonunda Günəşə ən yaxın məsafəyə – 1,4 astronomik vahidə qədər yaxınlaşacaq və daha sonra Günəş sistemini tərk edəcək.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr