Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin yerli bölməsi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların ocağı 25.9 km dərinlikdə olub, episentri isə öz növbəsində Petropavlovsk-Kamçatskdan 279 km aralıda yerləşib.
İlkin məlumata görə, Petropavlovsk-Kamçatskda yeraltı təkanların intensivliyi 4 bal olub.
Afterşokdan sonra Kamçatkanın üç rayonuna hündürlüyü 19 sm-ə qədər olan sunaminin yaxınlaşması mümkündür.
Xatırladaq ki, iyulun 30-da Kamçatka sahillərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Paralel olaraq, yarımadada Klyuçevskaya Sopka vulkanı püskürməyə başlayıb. Yeraltı təkanlar bölgədə hündürlüyü 4 m-ə çatan bir neçə sunami dalğası yaradıb. (Oxu.Az)