AZ

Astarada 103 kiloqramdan artıq marixuana aşkarlanıb

Bakı. Trend:

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiklərikompleks əməliyyat - axtarış və gömrük nəzarəti tədbirlərinəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuanaaşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələrİdarəsindən Trend-ə verilən məlumata görə, “Cənub-Astara” gömrükpostunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İranİslam Respublikasından Rusiya Federasiyasına “bibər” yükü aparannəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə əsaslıyoxlamaya cəlb edilib.

Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləribibərlə örtülərək gömrük nəzarətindən gizlədilən 154 ədəddördbucaqlı formalı bağlamada qablaşdırılmaları ilə birlikdə ümumitəqribi çəkisi 103 kq 395 q narkotik vasitə - marixuana aşkaredilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
az.trend.az

1Mənbələr