BAKI, TurkicWorld – Avstraliyanın Sidney şəhərində minlərlə etirazçı yağan leysan yağışlara baxmayaraq “Harbour” körpüsü üzərində yürüş edərək Qəzza zolağına humanitar yardımın dərhal çatdırılmasını tələb ediblər.
TurkicWorld xəbər verir ki, aksiya “İnsanlıq üçün yürüş” adı altında təşkil olunub. Etirazçılardan bəziləri aclığın simvolu kimi yemək qazanları daşıyıblar.
Yeni Cənubi Uels ştatının polisi və ştatın baş naziri əvvəlcədən yürüş iştirakçılarının şəhərin əsas nəqliyyat arteriyası və simvolu sayılan körpüdən keçməsinə icazə verilməməsi üçün çalışsalar da, təhlükəsizlik risklərini əsas gətirərək, ştatın Ali Məhkəməsi etirazçılara şənbə günü körpü ilə keçidə icazə verib.
Yürüş zamanı yüzlərlə polis əməkdaşı əraziyə cəlb olunub və etirazçılardan dinc qalmaq tələb edilib. Oxşar bir aksiya Melburnda da keçirilib.
Qeyd edək ki, son həftələrdə İsrailə qarşı beynəlxalq diplomatik təzyiqlər artmaqdadır. Fransa və Kanada Fələstin dövlətini tanımaq niyyətində olduqlarını bəyan ediblər. Böyük Britaniya isə İsrail humanitar böhranın qarşısını almaz və atəşkəsi qəbul etməzsə, eyni addımı ata biləcəyini açıqlayıb.