İran Prezidenti Məsud Pezeşkian İslamabada səfərinin ikinci günündə Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Operativ Media xəbər verir ki, məlumatı İRNA yayıb.
Nazir Pezeşkiana iki ölkə arasında ikitərəfli münasibətlər və rəsmilər arasında davamlı müzakirələr barədə məlumat verib.
Səfər çərçivəsində bir sıra əməkdaşlıq sənədlərinin imzalanması və İran Prezidenti ilə Pakistan Baş nazirinin mətbuata bəyanatları da gözlənilir.