Rusiyanın Krasnodar diyarının Aqoy kəndində səhər saatlarında burulğan yaranıb.
Publika.az xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.
Burulğan çimərlikdəkilərə qorxulu anlar yaşadıb.
Qeyd edək ki, ölkənin Fövqəladə Hallar Nazirliyi bir gün əvvəl tornado təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Avqustun 3-ü və 4-ü gün ərzində Krasnodar diyarında bəzi yerlərdə təhlükəli meteoroloji hadisələrin olacağı gözlənilir.