AZ

Messinin cangüdəni cəzalandırıldı

Lionel Messinin cangüdəni Liqa Kuboku matçlarından uzaqlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, “İnter Mayami” – “Atlas” matçının (2:1) sonunda komandaların futbolçuları arasında münaqişə baş verib. 

Mübahisə zamanı Lionel Messinin mühafizəçisi Yasin Çeuko araya girərək Meksika klubunun iki futbolçusunu itələyib. Buna görə o, Liqa Kubokundan uzaqlaşdırılıb.

“İyulun 30-da keçirilən “İnter Mayami” – “Atlas” matçından sonra “İnter”in nümayəndə heyətinin üzvlərindən biri rəsmi akkreditasiya olmadan qadağan olunmuş əraziyə daxil olaraq özünü nalayiq aparıb”, – deyə turnirin təşkilatçılarının bəyanatında deyilir.

“İnter Mayami” klubu da cangüdəninin davranışına görə cərimələnib.

“Başa düşürəm ki, o, Messini azarkeşlərdən qorumağa çalışır. Amma onun oyunçular arasındakı məsələlərə qarışmağa ixtiyarı yoxdur”, – deyə “Atlas”ın oyunçusu Doria Liqa Kuboku matçından sonra deyib.

Çeuko 2025-ci ilin mart ayınından etibarən həm də MLS matçlarından kənarlaşdırılıb.

Seçilən
5
2
qafqazinfo.az

3Mənbələr