Mərdəkanda dənizə girən şəxslərin bütün əşyaları oğurlanıb.
"Ölkə.az" Musavat.com-a istinadla bildirir ki, hadisə “Marina Beach” istirahət mərkəzində baş verib.
Ödəniş edərək “besetka”da əyləşən gənclər dənizə girən zaman onlara məxsus telefonlar, paltarlar, pul kisələri naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
Maşınlarının açarı da oğurlandığı üçün gənclər məcbur qalıb avtomobilin şüşəsini sındırıblar.