Yazını böyüt
Yazını kiçilt
Yeni mövsümdə Misli Premyer Liqasında çıxış edəcək “Karvan-Yevlax” komandası futbolçusu İbrahim Qədirzadə ilə müqavilənin müddətini uzadıb.
Klubdan Hafta.az-a verilən məlumata görə, yarımmüdafiəçi ilə 1 illik yeni anlaşma imzalanıb.
İ. Qədirzadə ötən mövsüm Yevlax təmsilçisinin heyətində 25 oyun keçirib və 3 qol ötürməsi ilə yadda qalıb.