Bakı. Trend:
Emin Ağalarov Bakıda kazino açmaq qərarına görə tənqidlərəmünasibət bildirib.
Trend-in məlumatına görə, bununla bağlı o öz "Instagram"səhifəsində paylaşım edib.
"21 yaşından kiçik heç kim kazinoya buraxılmayacaq. Gürcüstandakazinolarda oynayanların 17 faizi azərbaycanlıdır. Biz bu işiölkəyə qaytarmaq istəyirik", - deyə E.Ağalarov yazıb.
E.Ağalarov vurğulayıb ki, bu gün kazinosuz turizmin inkişafıbütün dünya təcrübəsindən geri almaq deməkdir:
"İstəyirik ki, buraya gəlmək istəyində olmayan əcnəbilər buradaoynasınlar, beynəlxalq poker turnirlərinə ev sahibliyi etməkistəyirik. Monako, Makao, Şimali Kipr və Las Veqas ilə birlikdəkazinolarda beşinci nöqtə olacağıq. Bu, bizə imkan verəcək ki, builin sonuna qədər bir çoxu bu gün Azərbaycanda mövcud olmayan ənazı 12 beynəlxalq otel operatoru ilə müqavilə imzalayaq və onlarıSea Breeze-də mehmanxana biznesi kimi birləşdirək", - deyə o qeydedib.
E.Ağalarov əlavə edib ki, mövsümdənkənar bu otellər turistlərlədolu olacaq, turistlər də pul xərcləyəcək: "Buna uyğun olaraq dahaçox iş yeri, dövlətə daha çox vergi və daha çox turist gəlir. Bu daölkəmizin çiçəklənməsidir".