Məktəblərin açılmasına təxminən bir ay qalır. Mütəxəssislər, yay tətilində pozulan yuxu rejiminin uşaqlar üçün ciddi fəsadlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Sherg.az xəbər verir ki, araşdırmalara görə, tətil zamanı yuxu saatlarına riayət olunmaması uşaqların həm fiziki, həm də zehni inkişafına mənfi təsir göstərir. Biyoloji saat pozğunluğu, uşaqlarda narahatlıq, diqqət əksikliyi və öyrənmə çətinlikləri yaradır.
Uşaq sağlamlığı üzrə mütəxəssis Prof. Dr. Cihangir Akgün bildirir:
Dərin yuxuda böyümə hormonu ifraz olunur. Yuxu pozularsa, bu hormonun fəaliyyəti zəifləyirvə inkişaf geriləyir.
Gec oyanan uşaqlar əhəmiyyətli yemək saatlarını qaçırır, gecə gec saatlarda atışdırmalar isə artıq çəkiyə səbəb olur.
Yuxusuzluq uşaqlarda anksiyete, depressiya və davranış problemlərinə yol açır.
Gün ərzində özlərini yorğun hiss edə bilərlər.
Mütəxəssislər tövsiyə edir ki, məktəbə dönüşə yaxın yuxu saatı hər gün 15–30 dəqiqə erkən çəkilməklə uşaqların bioloji saatı tədricən yenidən tənzimlənməlidir.