AZ

Ağalarovun Bakıda kazino açmaq qərarı ilə bağlı açıqlaması – tənqidlərə cavab

Müğənni və iş adamı Emin Ağalarov Bakıda kazino açmaq qərarına görə ünvanlanan ictimai tənqidlərə münasibət bildirib. O, bununla bağlı özünün Instagram hesabında paylaşım edib.

Ağalarov qeyd edib ki, 21 yaşdan kiçik şəxslərin kazinoya girişinə icazə verilməyəcək:
"Gürcüstanda kazinolarda oynayanların 17 faizi azərbaycanlıdır. Biz bu işi ölkəyə qaytarmaq istəyirik", – deyə o yazıb.

Onun sözlərinə görə, kazinosuz turizmin inkişafı dünyada qəbul olunmuş təcrübədən geri qalmaq deməkdir:
"İstəyirik ki, buraya gəlmək istəməyən əcnəbilər də gəlsin, burada oynasınlar. Beynəlxalq poker turnirlərinə ev sahibliyi etmək istəyirik. Monako, Makao, Şimali Kipr və Las Veqasdan sonra beşinci nöqtə olmaq niyyətindəyik", – Ağalarov bildirib.

O əlavə edib ki, bu layihə çərçivəsində 12 beynəlxalq otel operatoru ilə müqavilə imzalanması planlaşdırılır və bu otellər Sea Breeze kompleksində yerləşdiriləcək:
"Mövsümdənkənar bu otellər turistlərlə dolu olacaq. Turistlər pul xərcləyəcək, nəticədə daha çox iş yeri, dövlətə daha çox vergi və ölkəyə daha çox turist gələcək. Bu da ölkəmizin çiçəklənməsinə xidmət edəcək", – Ağalarov vurğulayıb.

Seçilən
9
1
anews.az

2Mənbələr