AZ

ABŞ-də 30 il əvvəl dondurulmuş embrion körpə olaraq doğulub


ABŞ-nin Ohayo ştatında bir cütlüyün ötən həftə dünyaya gələn oğlu 30 ildən çox müddət dondurulmuş vəziyyətdə saxlanılan embriondan inkişaf edib.
Yeniavaz.com
“CBS News”a istinadla xəbər verir ki, bu, indiyədək doğulan ən uzun müddət qorunub saxlanılan embrion ola bilər.
“Embrionların övladlığa götürülməsi” proqramı çərçivəsində Linda və Tim Pirserlər 1994-cü ildə bağışlanmış bir neçə embriondan istifadə ediblər. Onlar uzun illər sonsuzluqla mübarizə apardıqdan sonra valideyn olmaq ümidi ilə bu yola əl atıblar.
Onların oğlu 11 min 148 gün dondurulmuş vəziyyətdə saxlanılan embriondan doğulub ki, bu da həkimlərin fikrincə, rekord göstəricidir.
Seçilən
14
yeniavaz.com

1Mənbələr